Bütün işlər

Meta Reporting — Reklam Hesabat Sistemi

Meta Ads APIDashboardAI Chat
Meta Reporting — Reklam Hesabat Sistemi

Əmlak satışı sektorunda çalışan bir müştəri üçün hazırladığım idarəetmə paneli — reklam performansını, ödəniş qəbzlərini və satış nəticələrini bir yerdə göstərir. Facebook/Instagram məlumatları Meta-nın öz API-sindən, ödəniş qəbzləri Gmail-dən, satış rəqəmləri isə komandanın doldurduğu Google Cədvəldən avtomatik çəkilir — heç kim əl ilə heç nə köçürmür.

Nə etdik

  • Meta Marketing API-dən aylıq və platforma üzrə (Facebook, Instagram, hamısı) reklam performansı — xərc, lead, mesaj, əhatə, göstərilmə, klik, CTR, CPM, tezlik
  • Lead və mesaj başına xərc kimi hesablanmış göstəricilər, rəngli 'CTR effektivliyi' indikatoru ilə sadə performans qiymətləndirməsi
  • Son 6 ay üzrə lead, mesaj və xərc trend qrafikləri
  • Gmail-ə qoşulub Meta-nın ödəniş qəbzi emaillərini avtomatik oxuyan və cədvəl halında göstərən 'Ödənişlər' bölməsi
  • Komandanın doldurduğu Google Cədvəldən canlı oxunan 'Satış' bölməsi — kanal üzrə (Instagram, Facebook, TikTok, vebsayt) satış sayı, elan saytı kimi digital olmayan mənbə isə ayrıca izlənilir
  • Reklam xərci ÷ satış sayı = 'satış başına xərc' avtomatik hesablanır
  • Göstəricilər haqqında təbii dildə sual-cavab edən daxili AI köməkçi ('Bu ay neçə lead gəldi?' kimi) — yalnız real rəqəmlər üzərində cavab verir, uydurmaz
  • Parolla qorunan giriş və giriş jurnalı (kim, hansı IP-dən, nə vaxt daxil olub)